

Sumqayıtda yüksək bal toplayan gənclərlə görüş keçirildi – Fotolar

Sumqayıtda yüksək bal toplayan gənclərlə görüş keçirildi – Fotolar
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, görüşdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tələbə adını qazanan gəncləri təbrik edib, onlara Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bildirib ki, bu il Sumqayıt şəhərində orta məktəbi bitirən məzunlardan 243-ü 600 baldan yuxarı, onlardan 17 nəfəri isə 680-dən yuxarı bal toplayıb.
Sonda buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrə xatirə hədiyyələri təqdim edilib.